Modern.az

Bakıda 2 nəfərin yanmış meyiti tapıldı

Bakıda 2 nəfərin yanmış meyiti tapıldı

Hadisə

23 Yanvar 2026, 16:19

Bakı şəhərinin Səbail rayonunda üçmərtəbəli fərdi yaşayış evinin həyətyanı ərazisində yanğın olub.

Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 40 m² olan birmərtəbəli, 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 2 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV