Modern.az

Qəzzada yüzlərlə çadır su altında

Qəzzada yüzlərlə çadır su altında

Dünya

26 Fevral 2026, 01:59

Qəzza zolağında güclü fırtına nəticəsində yüzlərlə çadır su altında qalıb.

Modern.az xəbər verir ki, bu barədə Qəzza Bələdiyyəsinin sözçüsü Hüsnü Mühənna məlumat verib.

Onun sözlərinə görə, son iki gündə təsirli olan fırtına nəticəsində məcburi köçkün fələstinlilərin məskunlaşdığı çadır düşərgələri və sığınacaqlara sel suları, palçıq və tullantılar dolub. İnfrastrukturun, xüsusilə kanalizasiya və yağış sularının axıdılması sisteminin ciddi zədələnməsi vəziyyəti daha da ağırlaşdırıb.

Bildirilib ki, çadırlar sərt hava şəraitindən qorunmaq üçün yetərli deyil, insanlar az sayda əşyalarını da itiriblər. Soyuq hava və tibbi ləvazimat çatışmazlığı səbəbindən xüsusilə uşaqlar və yaşlılar xəstəlik riski altındadır.

Qeyd olunub ki, son iki ildə davam edən hücumlar nəticəsində 220 kilometrdən çox kanalizasiya xətti və 15 kilometrdən artıq yağış suyu sistemi dağıdılıb, bu da sistemin fəaliyyət qabiliyyətini 80 faizdən çox azaldıb.

Təxminən 2,3 milyon əhalisi olan Qəzzada 2 milyona yaxın insan didərgin düşüb. Atəşkəsə baxmayaraq, hücumların və humanitar məhdudiyyətlərin davam etdiyi bildirilir. (TRT Haber)

Whatsapp
Bizə yazın!
Keçid et
İranın yeni müdafiə naziri də öldürüldü - Gündəm Masada