Modern.az

Keçmiş məhkumdan 5 kq narkotik aşkarlandı

Keçmiş məhkumdan 5 kq narkotik aşkarlandı

Dünya

28 Fevral 2026, 12:57

Masallıda vətəndaşdan küllü miqdarda narkotik vasitə götürülüb.

Modern.az xəbər verir ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi və satışına qarşı əməliyyat keçirilib.

Tədbirlə saxlanılan əvvəllər də analoji cinayətlərə görə məhkum olunmuş 37 yaşlı Cəlal Nurullayevdən 5 kiloqram marixuana, heroin və tiryək aşkarlanıb

Faktla bağlı cinayət işi başlanılıb, C.Nurullayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

 

Sizə yeni x var
Keçid et
İrana RƏSMİ XƏBƏRDARLIQ - Türkiyə müharibəyə qoşulur?