Modern.az

ABŞ vətəndaşlarına Livanı tərk etməyi tövsiyə etdi

ABŞ vətəndaşlarına Livanı tərk etməyi tövsiyə etdi

Dünya

28 Fevral 2026, 18:36

ABŞ-ın Beyrutdakı səfirliyi Livanda olan vətəndaşlarını ölkəni dərhal tərk etməyə çağırıb.

Modern.az xəbər verir ki, kommersiya reysləri davam etdiyi müddətdə ABŞ vətəndaşları Livanı tərk etməlidirlər. Eyni zamanda ölkəyə səfər etməmək tövsiyə olunub.

Məlumat fonunda qeyd edilir ki, İsrail və ABŞ-ın İrana zərbələr endirməsindən sonra bölgədə gərginlik artıb. İsrail və İran hava məkanını bağlayıb, qarşılıqlı hücumlar barədə açıqlamalar verilib. (TRT Haber)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrana RƏSMİ XƏBƏRDARLIQ - Türkiyə müharibəyə qoşulur?