Modern.az

Zelenski: ABŞ İrana qarşı qətiyyətli davranmalıdır

Zelenski: ABŞ İrana qarşı qətiyyətli davranmalıdır

Dünya

28 Fevral 2026, 18:43

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın İrana endirdiyi zərbələrə münasibət bildirərək Vaşinqtonun qətiyyətli addımlar atmasının vacib olduğunu deyib.

Modern.az xəbər verir ki, bununla yanaşı, o, qarşıdurmanın daha geniş müharibəyə çevrilməməsinin önəmli olduğunu vurğulayıb.

Zelenski sosial şəbəkə paylaşımında qeyd edib ki, “ABŞ qətiyyət göstərdiyi zaman qlobal cinayətkarlar zəifləyir” və bu mesajın Rusiyaya da aid olduğunu bildirib.

O xatırladıb ki, Tehran Moskvanın yaxın müttəfiqidir və İran Rusiyaya minlərlə “Shahed” tipli pilotsuz uçuş aparatı verib. Zelenskinin sözlərinə görə, Rusiya müharibə dövründə Ukraynaya qarşı 57 mindən çox bu tip PUA istifadə edib.

Ukrayna lideri həmçinin İran xalqının “terrorçu rejimdən xilas olmaq şansı”nın ədalətli olduğunu qeyd edib və mümkün qədər insan həyatının qorunmasının vacibliyini vurğulayıb. (Reuters)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrana RƏSMİ XƏBƏRDARLIQ - Türkiyə müharibəyə qoşulur?