Modern.az

SEPAH Komandanı və Əli Şamxani ÖLDÜRÜLDÜ

SEPAH Komandanı və Əli Şamxani ÖLDÜRÜLDÜ

Dünya

1 Mart 2026, 07:10

İranın Ali Rəhbəri Əli Xameneinin müşaviri admiral Əli Şamxani və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Məhəmməd Pakpur da ABŞ-İsrail aviazərbələri nəticəsində öldürülüb.

Modern.az xəbər verir ki, İran Dövlət Televiziyası onların ölümünü təsdiqləyib.

Məlumata görə, hücumlar zamanı İranın ali dini rəhbərinin müşaviri Əli Şamxani də öldürülüb. Artıq Pakpurun yerinə briqada generalı Əhməd Vahidi təyin edilib.

Xatırladaq ki, ABŞ və İsailin İrana hücumları nəticəsində İranın Dövlət Xəbər Agentliyi Ali Dini Lider Seyid Əli Xameneinin öldürüldüyünü təsdiqləyib.

Sizə yeni x var
Keçid et
İrana RƏSMİ XƏBƏRDARLIQ - Türkiyə müharibəyə qoşulur?