İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi SEPAH-ın iddiasını təkzib edib.
Modern.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Bildirilib ki, Baş nazirin ofisi SEPAH-ın Netanyahunu hədəfə almasını və onun taleyinin naməlum olduğuna dair iddiası yalandır və reallığı əks etdirmir.
***
14:15
İran bu gün səhər İsrail Baş naziri Benyamin Netanyahunun ofisinə zərbə endirib.
Modern.az xəbər verir ki, bu barədə İran İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
Bildirilir ki, İran, eyni zamanda İsrail ordusunun Hərbi Hava Qüvvələrinin komandanının olduğu yeri hədəfə alıb.
Netanyahunun taleyinin naməlum olduğu bildirilir. Əməliyyatın detallarının sonradan açıqlanacağı qeyd olunub.
İsrail tərəfdən məsələyə rəsmi münasibət hələ ki bildirilməyib.