Modern.az

İsrail Müctəba Xameneinin ölümünə fərman verib

İsrail Müctəba Xameneinin ölümünə fərman verib

Ölkə

10 Mart 2026, 14:10

Prezident Donald Tramp köməkçilərinə ABŞ-ın tələblərinə tabe olmasa, İranın yeni Ali Rəhbəri Müctəba Xameneinin sui-qəsdini dəstəkləyəcəyini bildirib.

Modern.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Nəşrin məlumatına görə, İsrail İranın yeni Ali Liderini aradan götürmək üçün əməliyyat keçirəcək.

İsrailin Müctəba Xameneini məhv etmək məqsədi daşıyan əməliyyat keçirəcəyini hazırkı və keçmiş ABŞ rəsmiləri “The Wall Street Journal” qəzetinə bildiriblər. Onlar İsrailin ABŞ ilə birgə əməliyyatda İran rəhbərliyinə qarşı hücumlarda liderlik etdiyini söyləyiblər.

Qəzetin mənbələrinə görə, ABŞ prezidenti Donald Tramp köməkçilərinə bildirib ki, əgər oğul Xamenei ABŞ-ın tələblərinə, xüsusən də nüvə inkişafının dayandırılmasına əməl etməsə, İranın yeni Ali Liderinin sui-qəsdini dəstəkləyəcək.

Vaşinqton Müctəba Xameneini atası mərhum Əli Xameneinin "güzəştsiz varisi" kimi görür və buna görə də hazırkı liderin İranın nüvə silahı əldə etmək cəhdlərindən əl çəkəcəyini və ya ABŞ üçün əlverişli şərtlərlə münaqişəyə son qoymaq üçün danışıqlar aparacağını gözləmir.

Müctəba Xamenei atasının ölümündən bir müddət sonra - martın 9-da İranın yeni Ali Lideri elan edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyənin hədələnməsinə Bakıdan sərt cavab: Başınız üçün deyil!