Modern.az

200 vətəndaşımız BƏƏ-dən təxliyə olundu

200 vətəndaşımız BƏƏ-dən təxliyə olundu

Ölkə

10 Mart 2026, 13:36

Birləşmiş Ərəb Əmirliklərində qalan Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışı üçün Oman Sultanlığının Muskat şəhərindən Bakıya növbəti təxliyə reysi həyata keçirilib.

Modern.az xəbər verir ki, AZAL-ın Muskat–Bakı marşrutu üzrə hərəkət edən “Boeing 787 Dreamliner” təyyarəsi Bakı vaxtı ilə saat 13:25-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Reys vasitəsilə ümumilikdə 200-ə yaxın Azərbaycan vətəndaşının təhlükəsiz şəkildə ölkəyə qayıdışı təmin edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyənin hədələnməsinə Bakıdan sərt cavab: Başınız üçün deyil!