Modern.az

Azər Qasımlı həbsxanaya köçürülüb

Azər Qasımlı həbsxanaya köçürülüb

Aktual

16 Mart 2026, 14:20

Siyasi Menecment İnstitutunun 12 il həbs cəzası alan direktoru, politoloq Azər Qasımlı Umbakı Penitensiar Kompleksinə köçürülüb.

Modern.az xəbər verir ki, bu barədə onun xanımı Samirə Qasımlı bildirib.

Samirə Qasımlı Umbakıdakı həbsxanaya gedərək həyat yoldaşı ilə görüşdüyünü deyib. 

Umbakı Penitensiar Kompleksi Bakıdan 70 kilometr aralıda yerləşir.

Bakı Ağır Cinayətlər Məhkəməsi Azər Qasımlını 12 il müddətinə azadlıqdan məhrum edib.

Azər Qasımlı barəsində olan müraciətlə əlaqədar 8 dekabr 2024-cü ildə polis tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 182.2.3 (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi üzrə təqsirli bilinib.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail və ABŞ hərbçiləri belə əsir götürüldü - ŞOK İDDİA