Modern.az

İran yenə qonşusunu vurdu: 2 ölü, 3 yaralı

İran yenə qonşusunu vurdu: 2 ölü, 3 yaralı

Dünya

26 Mart 2026, 11:52

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə raket qalıqlarının düşməsi nəticəsində 2 nəfər ölüb. 

Modern.az xəbər verir ki, hökumətin mətbuat xidmətinin məlumatına görə, hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilən raketin qalıqları şəhər ərazisinə düşüb. Hadisə nəticəsində azı 2 nəfər həyatını itirib, 3 nəfər isə yaralanıb.

Məlumata görə, İrana məxsus raket qalıqları Sveyhan yolu istiqamətində yerə düşərək bir neçə avtomobilə də ziyan vurub. Hadisə yerinə dərhal təcili tibbi yardım və xilasedici qüvvələr cəlb olunub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail və ABŞ hərbçiləri belə əsir götürüldü - ŞOK İDDİA