Modern.az

Sabunçuda evdən 6300 dollar oğurlayan şəxs saxlanıldı

Sabunçuda evdən 6300 dollar oğurlayan şəxs saxlanıldı

Hadisə

Bu gün, 13:28

Sabunçu rayonunda evdən 6300 dollar oğurlayan şəxs saxlanılıb.

Bu barədə Modern.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonu Maştağa qəsəbəsində bir nəfər yaşadığı evdən 6300 dollar pul vəsaitinin naməlum şəraitdə oğurlandığını deyib.

Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən 28 yaşlı R.Əlizadə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İrandan qonşu ölkələrə xəbərdarlıq: TƏCİLİ ÇIXIN, vuracağıq!