Modern.az

Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA

Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA

Mədəniyyət

Bu gün, 16:03

Azərbaycanın görkəmli aktyoru, Xalq artisti Rasim Balayevin vəfatından sonra onun 4 ildir ki, rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədrin kim olacağı sual doğurur. 

İttifaqdan Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, İdarə Heyətinin məsələ ilə bağlı iclası mayın 8-dən - Rasim Balayevin 40 mərasimindən sonra keçiriləcək. 

“Azərbaycan Kinematoqrafçılar İttifaqı hüzn içindədir. Biz ağır itkiyə məruz qalmışıq və xalqımızın adət-ənənəyə uyğun olaraq, hüzn günlərini üç mərasimi, qırx mərasimini verməmiş təşkilati məsələlərlə bağlı heç bir addım atmayacağıq” – deyə açıqlamada qeyd edilib.

O da bildirilib ki, Nizamnaməyə əsasən, Azərbaycan Kinematoqrafçılar İttifaqının icra orqanı İdarə Heyətidir və operativ məsələləri katiblik həll edir. 

“Qırx mərasimindən sonra təşkilati addımlar atılacaq və nizamnaməyə görə sədri ümumi yığıncaq, konfrans və qurultay seçəcək” – sonda vurğulanıb.
 

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail və ABŞ hərbçiləri belə əsir götürüldü - ŞOK İDDİA