Modern.az

Jurnalist Süleyman İsmayılbəyli mükafatlandırılıb

Jurnalist Süleyman İsmayılbəyli mükafatlandırılıb

Təhsil

16 İyul 2014, 13:18

“Olaylar” qəzetinin əməkdaşı, Diaspor Jurnalistləri Birliyinin İdarə Heyətinin üzvü  Süleyman İsmayılbəyli Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası tərəfindən diplomla təltif edilib. Mərkəzi Şuradan daxil olan məlumatda bildirilib ki, bu barədə qərar Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurasının iyulun 15-də keçirilən iclasında qəbul edilib. Qərara əsasən “Olaylar“ qəzetinin əməkdaşı Süleyman İsmayılbəyli Azərbaycan diasporunun inkişafındakı xidmətlərə görə Mərkəzi Şuranın diplomuna layiq görülüb. Qeyd edək ki, "Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası" Almaniyada rəsmi qeydiyyatdan keçmiş diaspor təşkilatıdır.
Həmkarımızı təbrik edir, ona fəaliyyətində yeni uğurlar arzulayırıq.




Modern.az
 

Sizə yeni x var
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi