Modern.az

Ramiz Quliyev insani keyfiyyətləri ilə nümunə idi - NAZİR

Ramiz Quliyev insani keyfiyyətləri ilə nümunə idi - NAZİR

Ölkə

16 Oktyabr 2025, 12:18

Ramiz Quliyev ifaçılıq sənəti, pedoqoji fəaliyyəti və insani keyfiyyətləri ilə nümunə idi. 

Modern.az xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Xalq artisti Ramiz Quliyevlə vida mərasimində deyib.

“Azərbaycan musiqisinin və mədəniyyətinin dünyada tanıdılması və sevilməsində xidmətləri əvəzsizdir”, - o əlavə edib.

A. Kərimli Ramiz Quliyevin yetişdirdiyi tələbələrin onun mədəni irsini yaşadacağına inamını ifadə edib.

“O, ustad sənətkar, ustad pedaqoq dedikdə ilk ağla gələn şəxslərdən idi. Əminəm ki, bundan sonra da belə olacaq, məhz bu şəkildə xatırlanacaq”.

Mədəniyyət naziri Xalq artisti Ramiz Quliyevin xidmətlərinin dövlət tərəfindən yüksək qiymətləndirilməsinə də toxunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ