Modern.az

"Tiktoker" 60 sutkalıq həbs edildi

"Tiktoker" 60 sutkalıq həbs edildi

7 Noyabr 2025, 16:30

Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı hörmətsizlik edən, mənəvi dəyərlərə zidd davranışlar sərgiləyən şəxslərə qarşı polis əməkdaşları tərəfindən müvafiq tədbirlərin görülməsi davam etdirilir.

Modern.az xəbər verir ki, qeyd edilən əməllərə yol verən sosial şəbəkədə “pajiznicesi” səhifəsi işlədən 1998-ci il təvəllüdlü Cəsarət Cavadov Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıb. Onun barəsində məhkəmənin qərarı ilə 60 sutka inzibati qaydada həbs qərarı verilib. (Mənbə APA)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bu ölkə VURULDU - Yüzlərlə ölən və yaralanan var - Xəbəriniz Var?