Modern.az

Partlayışların artması nəzarət boşluğundan xəbər verir - DEPUTAT

Partlayışların artması nəzarət boşluğundan xəbər verir - DEPUTAT

Ölkə

9 Dekabr 2025, 17:06

Hər qış ölkənin müxtəlif bölgələrində şəhər və kəndlərdə, yaşayış evlərində və binalarda baş verən yanğın və partlayışlar artıq təsadüfi hadisə yox, ciddi ictimai təhlükə kimi çıxış edir. Demək olar ki, hər il eyni səbəblər təkrarlanır, nəticədə isə insan tələfatı yaşanır.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən, deputat Ceyhun Məmmədov qeyd edib ki, bu məsələdə məsuliyyət faktoru və insan amili xüsusi rol oynayır:

“İnsanlarımız daha məsuliyyətli, daha diqqətli olmalıdır. Hər bir vəziyyətə ciddi yanaşmaq lazımdır. Çünki bəzən bir şəxsin sadə səhlənkarlığı və ya diqqətsizliyi bir neçə insanın həyatına son qoyur”.

“Yaxın günlərdə baş vermiş hadisədə bir neçə uşağın və gəncin həyatını itirməsi xüsusilə faciəvidir. Havaların soyuması və artıq qış rejiminə keçməyimiz istilik sistemlərindən və qazdan istifadəni artırır. Buna görə istilik cihazları və yanar maddələrlə davranışda ehtiyatlı olmaq son dərəcə vacibdir. Binaların zirzəmilərində və ya restoranların yerləşdiyi ərazilərdə partlayıcı və təhlükəli maddələrin saxlanmasına və istifadəsinə qətiyyən icazə verilməməlidir” – deyə o qeyd edib.

C. Məmmədov vurğulayıb ki, kiçik səhlənkarlıq böyük faciəyə səbəb olur:

“Xüsusilə uşaqların təhlükəsizliyi ilə bağlı çox diqqətli olmağımız vacibdir. Binaların alt qatlarında fəaliyyət göstərən restoran və digər obyektlərin əməkdaşları məsuliyyətli davranmalıdırlar”.

Deputat qeyd edib ki, bu qədər ardıcıl baş verən hadisələr, bu qədər faciə həm də ciddi xəbərdarlıqdır.
Ceyhun Məmmədov həmçinin hüquq-mühafizə və aidiyyəti orqanların bu məsələlərəd ciddi nəzarətini ön plana çəkib.

“Hüquq-mühafizə orqanları və aidiyyəti qurumlar bu məsələlərə çox ciddi nəzarət etməli, təhlükəsizlik qaydalarının pozulmasına qarşı mübarizəni gücləndirməlidirlər. Xüsusilə, qaz xətlərinə, bacaların vəziyyətinə, köhnə yaşayış binalarındakı ventilyasiya və isitmə sistemlərinə, restoran və kommersiya obyektlərinin təhlükəsizlik standartlarına güclü və sistemli nəzarət tətbiq olunmalıdır.

“Biz bunları edə bilsək, faciələrin sayı azalacaq, edə bilməsək daha çox insanımız həyatını itirəcək”- deyə o qeyd edib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyada DƏHŞƏTLİ təyyarə qəzası - Sağ çıxan olmadı