Modern.az

Azərbaycan 23 vətəndaşını Almaniyadan geri aldı

Azərbaycan 23 vətəndaşını Almaniyadan geri aldı

Ölkə

Bu gün, 11:56

17 mart 2026-cı il tarixində Azərbaycan Respublikası vətəndaşı olan 23 nəfər “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində Almaniya Federativ Respublikasından geri qəbul edilib.

Bu barədə Modern.az Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı