Modern.az

“Quru Süveyş kanalı” formalaşıb - Tofiq Zülfüqarovdan MARAQLI MÜQAYİSƏ

“Quru Süveyş kanalı” formalaşıb - Tofiq Zülfüqarovdan MARAQLI MÜQAYİSƏ

Ölkə

Bu gün, 13:49

Regionda uzunmüddətli qeyri-sabitlik fonunda Azərbaycanın xarici siyasət kursu artıq formalaşıb.

Modern.az xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov öz “Facebook” hesabında paylaşım edərək bildirib.

"Ölkənin şimalında və cənubunda baş verəcək proseslərin konturları artıq aydınlaşır. Bölgədə “isti müharibə” ilə "nə müharibə, nə sülh” vəziyyəti arasında dəyişən bir geosiyasi xaos formalaşır" - deyə o vurğulayıb.

Sabiq nazir qeyd edib ki, bu cür idarə olunan qeyri-sabitlik uzun illər davam edə bilər. Zülfüqarov hesab edir ki, belə bir şəraitdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin yerləşdiyi ərazi sabitlik zonası kimi önə çıxır və bu oxun mərkəzində Azərbaycan dayanır.

“Azərbaycan dünyada eyni zamanda həm Rusiya, həm də İranla sərhədi olan yeganə dövlətdir. Bu reallıqlar fonunda Azərbaycanın xarici siyasət kursu artıq müəyyənləşib".

Onun fikrincə, ölkə Qoşulmama Hərəkatının prinsiplərinə uyğun olaraq neytrallıq və müdaxilə etməmək siyasətini davam etdirməlidir.

Zülfüqarov həmçinin bildirib ki, Türkiyə və İsveçrənin İkinci Dünya müharibəsi dövründəki xarici siyasət ənənələri gələcəkdə Azərbaycan üçün faydalı ola bilər.

"Avropa ilə Asiya arasında “quru Süveyş kanalı” kimi xarakterizə etdiyi geosiyasi xətt artıq tam formalaşıb" - sonda o qeyd edib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV