Modern.az

Paşinyan 100-dən çox erməni hərbçinin öldüyünü AÇIQLADI

Paşinyan 100-dən çox erməni hərbçinin öldüyünü AÇIQLADI

14 Sentyabr 2022, 17:02

Azərbaycanla sərhəddə döyüşlər zamanı ölən erməni hərbçilərinin sayı 105-ə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

 

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 13-ü gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində düşmən ağır itkilər verib.

 

Paşinyan ötən gün verdiyi açıqlamada Ermənistanın azı 49 hərbçi itirdiyini açıqlamışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat