Modern.az

KTMT Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edəcək

KTMT Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edəcək

Qərbi Azərbaycan

23 Noyabr 2022, 12:19

KTMT-nin sammitində Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət ayrıca müzakirə olunacaq.

Modern.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan-a KTMT baş katibinin müavini Valeri Semerikov bildirib.


"Bu gün həmin mövzu nazirlər və dövlət başçıları səviyyəsində ayrıca məsələ kimi müzakirə olunacaq, gəlin, nəticələri gözləyək", - Semerikov deyib.


Onun sözlərinə görə, bununla bağlı müəyyən hazırlıq işləri görülüb və nazirlər səviyyəsində açıqlama veriləcək.


Qeyd edək ki, bu gün İrəvanda KTMT-nin sammiti keçirlir. Ermənistan 2022-ci ilin yanvarından KTMT-nin sədridir, indi estafet Belarusa verilir.


Xatırladaq ki, struktura Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyev işi hansı gizli sirləri açır?