Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, hazırda TRIPP layihəsinin (Zəngəzur dəhlizi) əsas hissəsi üzərində iş gedir.
Modern.az xəbər verir ki, Baş nazir jurnalistlərə açıqlamasında deyib:
"Hazırda biz mətn üzərində işləyirik, layihənin məzmununu formalaşdırırıq. Müəyyən elementlər artıq müzakirə olunur və biz onları vahid sənəddə birləşdirməliyik”.
O, aydınlaşdırıb ki, proses birinci, ikinci və üçüncü mərhələlərin qəbulunu nəzərdə tutur, bundan sonra məsələ məntiqi növbəti mərhələyə keçməlidir.
"Lakin mən bir daha vurğulamaq istəyirəm: istənilən qərar Vaşinqtonun Sülh Bəyannaməsində göstərilən çərçivədən kənara çıxa bilməz", - baş nazir əlavə edib.