Modern.az

Keçmiş İrəvan xanlığı ərazisində 734 qəbiristanlığın monitorinqi aparılıb

Keçmiş İrəvan xanlığı ərazisində 734 qəbiristanlığın monitorinqi aparılıb

Qərbi Azərbaycan

5 Dekabr 2025, 08:54

Qərbi Azərbaycan torpaqlarında Azərbaycan xalqına məxsus mədəni irsin araşdırılmasına siyasi aspekt deyil,  milli müstəvidən yanaşmaq lazımdır.

Bunu Modern.az-a açıqlamasında Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərov bildirib.

Əziz Ələkbərov qeyd edib ki, mədəni irslə bağlı son illər geniş araşdırmalar həyata keçirilib və bu işlərin nəticəsi kimi bir sıra silsilə kitablar nəşr olunub:

"Mədəni irsin öyrənilməsi həm tarixi həqiqətlərin aşkarlanmasına, həm də gələcək nəsillər üçün etibarlı məlumat bazasının formalaşdırılmasına xidmət edir. Artıq keçmiş İrəvan xanlığı ərazisində – tarixi Azərbaycan torpaqlarında – 734 qəbiristanlığın monitorinqi aparılıb.  Hazırda abidələrin reyestri çıxarılır və növbəti cildlərdə məscidlər, pirlər, ocaqlar və digər dini-mənəvi məkanlarla bağlı tədqiqat materialları dərc olunacaq". 

Cavid Zahidoğlu

Whatsapp
Bizə yazın!
Keçid et
DTX Əli Kərimliylə bağlı buna icazə verdi