Modern.az

AMEA Ramiz Mehdiyevə görə TOPLAŞIR

AMEA Ramiz Mehdiyevə görə TOPLAŞIR

Təhsil

13 Fevral 2026, 16:44

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyevlə bağlı məlumat yayıb.

Bildirilib ki, AMEA rəhbərliyi Ramiz Mehdiyevin Akademiyanın həqiqi üzvlüyündən çıxarılması haqqında bir neçə dəfə qəti mövqeyini ifadə edib.

Bu barədə Modern.az-a AMEA-dan məlumat verilib.

"Bir daha bildiririk ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən dövlətə xəyanətdə, hakimiyyəti zorla ələ keçirməkdə ittiham olunan Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının üzvlüyündə qala bilməz.

Milli Elmlər Akademiyası Ramiz Mehdiyevin Akademiyanın həqiqi üzvlüyü məsələsinə baxıb, onu üzvlükdən xaric edəcək. Bu barədə ictimaiyyətə məlumat veriləcəkdir.

Milli Elmlər Akademiyasının kollektivi baş vermiş cinayət hadisələrini qətiyyətlə pisləyir və bağışlanmaz olduğunu bildirir", - məlumatda qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rus agentləri vurulur - Siyahıda kimlər var?