Məktəblərdə bədən tərbiyəsi müəllimləri ilə bağlı problemlər var.
Modern.az xəbər verir ki, bunu Gənclər və idman komitəsinin Gənclər və İdman Nazirliyi, Milli Olimpiya komitəsi və idman federasiyaları ilə görüş zamanı Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov deyib.
Elnur Məmmədov qeyd edib ki, idman müəllimlərinin məsuliyyətsizliyindən zərər görən uşaqlara müdaxilə etmək üçün kifayət qədər bilik və bacarıqlara sahib deyillər:
“Əgər bir uşaq riyaziyyat və ya fizika fənnindən geri qalırsa, biz bunu hiss edə bilirik və əbəttə ki, buna müvafiq olaraq tədbir görə bilirik – məktəbi dəyişə və ya əlavə müəllim tuta bilirik. Amma əgər bədən tərbiyəsi müəllimi düzgün təşkil olunmamış məşq prosesi ilə uşağın sağlamlığına zərər vurursa, bizim bunu müəyyən etməyə nə bacarığımız, nə də biliyimiz var. Sonradan uşaq müəyyən yaşa çatdıqdan sonra ortaya çıxan sağlamlıq problemləri ilə bağlı sual edirik ki, bu zədə haradan yarandı? Halbuki bu, vaxtında düzgün planlaşdırılmayan yüklənmələrin və kifayət qədər peşəkar yanaşmanın olmamasının nəticəsidir” – o qeyd edib.