Modern.az

Berluskoni Zelenskini ittiham etdi - Gizli səs yazısı YAYILDI

Berluskoni Zelenskini ittiham etdi - Gizli səs yazısı YAYILDI

Dünya

20 Oktyabr 2022, 14:52

İtaliyanın sabiq baş naziri Silvio Berluskoni yenə diqqətləri üzərinə çəkib.

 

Modern.az xəbər verir ki, o, bu dəfə gizli səs yazısı ilə gündəmə gəlib.

 

Mətbuata sızan səs yazısında keçmiş baş nazir Ukrayna Prezidenti Volodimir Zelenskini ittiham edib.

 

Belə ki, Berluskoni sülh danışıqlarının baş tutmamasına görə Zelenskini günahlandırıb:

 

"Putin və Zelenski bir masada necə oturub görüşəcək, başa düşə bilmirəm. Çünki bu mümkün deyil. Fikrimcə, Zelenski... Nəysə, hər halda, bunu deyə bilmərəm".

 

Qeyd edək ki, bundan qabaq Berluskoninin Putinlə bağlı səs yazısı yayılmışdı. Onun Putinə hədiyyə göndərməsi, yaxın münasibətdə olması müzakirə mövzusuna çevrilmişdi.

 

Putinlə dost olan Berluskoninin Zelenski haqqında tənqidi fikirləri İtaliyada xoş qarşılanmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI