Modern.az

Quterreş Ukraynaya görə səfərini təxirə saldı 

Quterreş Ukraynaya görə səfərini təxirə saldı 

Dünya

30 Oktyabr 2022, 19:10

BMT-nin baş katibi Antonio Quterreş taxıl müqaviləsi ilə bağlı yaranmış vəziyyətə görə Ərəb Liqasının Əlcəzairdə keçiriləcək sammitinə səfərini təxirə salıb. 

 

Modern.az xəbər verir ki, bu barədə Quterreşin ofisi məlumat yayıb.

 

“Baş katib Qara Dəniz Taxıl Təşəbbüsü ilə bağlı vəziyyətdən dərin narahatdır. O, diqqətini bu məsələyə yönəltmək üçün Əlcəzairdə Ərəb Liqasının sammitinə səfərini bir gün təxirə salmaq qərarına gəlib”, - deyə açıqlamada bildirilib.

 

İyulun 22-də İstanbulda Ukrayna taxılının və ərzaq məhsullarının Qara dəniz vasitəsilə ixracı üçün dəhlizin yaradılmasına dair saziş imzalanıb. Dünən Rusiya Müdafiə Nazirliyi ərzaq sövdələşməsindən çəkildiyini açıqlayıb.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI