Modern.az

Qriqoryan da Aİ nümayəndə heyəti ilə görüşdü - YENİLƏNİB

Qriqoryan da Aİ nümayəndə heyəti ilə görüşdü - YENİLƏNİB

10 Yanvar 2023, 15:47

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Avropa İttifaqı missiyasının nümayəndə heyəti ilə görüş keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

 

Bildirilib ki, Qriqoryan görüş zamanı Ermənistanın yeni müşahidəçilərlə işləməyə hazır olduğunu diqqətə çatdırıb.

 

Həmçinin missiyanın fəaliyyəti ilə bağlı digər məsələlərin də müzakirə olunduğu qeyd edilib.

 

***

14:42

 

Ermənistanın müdafiə naziri Suren Papikyan Avropa İttifaqının nümayəndə heyəti ilə görüşüb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Aİ missiyasının texniki qiymətləndirmə ilə bağlı nümayəndə heyətinə Marçin Vidr başçılıq edib.

 

Tərəflər hazırkı missiyanın fəaliyyətini müzakirə ediblər. Gələcək əməkdaşlıq və yeni müşahidəçilərlə bağlı fikir mübadiləsi aparılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI