Avropa İtttifaqının Azərbaycandakı nümayəndəliyinin başçısı Peter Mixalko Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı paylaşım edib.
Modern.az xəbər verir ki, səfir bu barədə feysbuk səhifəsində yazıb.
"Xocalı faciəsi zamanı ailələrini, dostlarını və evlərini itirən hər kəsə dərin hüznlə başsağlığı verirəm. Biz hamımız bir araya gəlməliyik ki, Cənubi Qafqazda barışıq və uzunmüddətli sülhə nail olmaq üçün hər cür səy göstərək", - deyə o qeyd edib.