Modern.az

İrana məxsus 42 milyon dollarlıq narkotik ələ keçirildi

İrana məxsus 42 milyon dollarlıq narkotik ələ keçirildi

Dünya

22 Aprel 2023, 00:50

ABŞ Hərbi Dəniz Qüvvələri Oman körfəzində 42 milyon dollar dəyərində narkotik keçirməyə çalışan balıqçı gəmisini ələ keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ donanması məlumat yayıb.

 

Məlumata görə, ələ keçirilən gəminin dörd ekipaj üzvü özlərini İran vətəndaşı kimi təqdim ediblər.

 

ABŞ gəmisi qaçaqmalçılara çatmazdan əvvəl onlar 50 kisə narkotiki gəmidən atmağa çalışıblar. Kisələrin bəziləri daha sonra sudan çıxarılıb.

 

Hərbçilərin məlumatına görə, 2023-cü ilin əvvəlindən ABŞ Hərbi Dəniz Qüvvələri bu bölgədəki qaçaqmalçılardan təxminən 150 milyon dollar dəyərində narkotik maddə ələ keçirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi