Modern.az

Paşinyanın korteji qəzaya düşdü 

Paşinyanın korteji qəzaya düşdü 

8 İyun 2025, 20:23

Ermənistan Baş naziri Nikol Paşinyanın karvanı Zəngəzurdan qayıdarkən qəzaya düşüb.

Modern.az xəbər verir ki, məlumatı "Hraparak" qəzeti yayıb.

Məlumata görə, karvan Armaş kəndində avtomobil qəzasına düşüb və mühafizəçilərdən bəziləri də yaralanıb.

Paşinyanın korteji Yurik Şahnazaryanı avtomobil qəzasına salıb. O, təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Ermənistan Baş nazirinin ofisi isə qəzanın Paşinyanın korteji ilə əlaqəli olmadığını bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sabiq deputat ŞOK ADLAR çəkdi - Mehdiyevin dəstəsində kimlər var?