Modern.az

Suşidən zəhərlənən tələbələrin vəziyyəti necədir? - YENİLƏNİB

Suşidən zəhərlənən tələbələrin vəziyyəti necədir? - YENİLƏNİB

8 Oktyabr 2022, 20:51

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin 4 tələbəsinin yedikləri qidadan sonra mədələrində narahatlıq yaranıb.

 

BDU-nun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, hazırda onların durumu qənaətbəxşdir.

 

Bildirilib ki, universitet və fakültə rəhbərliyi məsələni diqqətdə saxlayır.

 

***

19:41

Bakı Dövlət Universitetinin 4 tələbəsi suşidən zəhərlənib.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, onlar zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilib.

 

KTM-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu bildirib ki, 4 nəfərdən biri artıq evə buraxılıb.

 

Onun sözlərinə görə, yerdə qalan 3 nəfər isə müvafiq şöbəyə yerləşdirilib:

 

"Onların mədəsi yuyulub, sistem köçürülüb, vəziyyətləri orta-ağırdır. Tələbələrin özlərinin dediyinə görə, dünən saat 16.30 radələrində universitetin qarşısında suşi yeyiblər və suşidən zəhərləndikləri ehtimal olunur. Tələbələrin hamısı qızdır".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...