Modern.az

11-ci sinif şagirdi dərs zamanı öldü

11-ci sinif şagirdi dərs zamanı öldü

Hadisə

18 Oktyabr 2022, 15:20

Oğuz rayonunda məktəbli dərs zamanı ölüb.

 

Modern.az "Report"a istinadən məlumat verir ki, hadisə rayonun Çaldaş kənd tam orta məktəbində baş verib.

 

Belə ki, həmin məktəbin 11-ci sinif şagirdi 2006-cı il təvəllüdlü Zarina Əhməd qızı Əzizova idman dərsi zamanı qəfildən halı pisləşib.

 

O, Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

 

İlkin ehtimala görə, məktəblinin ölümünə səbəb ürəktutması olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama