Modern.az

Sərxoş piyadanı maşın vurub öldürdü 

Sərxoş piyadanı maşın vurub öldürdü 

19 Noyabr 2022, 19:53

İsmayıllıda "Toyota" markalı avtomobil sərxoş piyadanı vuraraq öldürüb.

 

Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

 

Hadisə axşam saatlarında şəhər ərazisində, görmə məhdudiyyətli ərazidə qeydə alınıb. Sürücü Arif Mirzəyev idarə etdiyi "Toyota" markalı avtomobil ilə yolu keçən piyada, 1979-cu il təvəllüdlü Mərdan Əhmədovu vurub. Nəticədə M.Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

İlkin araşdırma zamanı piyadanın sərxoş olduğu müəyyən edilib.

 

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama