Modern.az

İran diplomatı Bakıda ağır xəsarət aldı

İran diplomatı Bakıda ağır xəsarət aldı

Hadisə

27 Noyabr 2022, 09:19

Bakının Xətai rayonunda əyləncə mərkəzində bədbəxt hadisə baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Afiyyədin Cəlilov 22 ünvanında yerləşən əyləncə mərkəzində qeydə alınıb.

 

Məlumata görə, İran vətəndaşı, 1972-ci il təvəllüdlü Hossein Yazdani suya baş vurmaq üçün hovuza atlanıb. Bu zaman onun başı hovuzun kənarına çırpılıb.

 

O, açıq kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib. Həkimlər diplomatın vəziyyətinin stabil olduğunu bildirir.

 

Qeyd edək ki, H.Yazdani İranın Azərbaycanda səfirliyinin ikinci katibidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...