Modern.az

Bir ailənin 4 üzvü bıçaqlandı, ata və oğlu öldü - YENİLƏNİB

Bir ailənin 4 üzvü bıçaqlandı, ata və oğlu öldü - YENİLƏNİB

29 Noyabr 2022, 23:16

Bakıda evdə bıçaqlanan şəxslərdən biri dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, naməlum şəxs tərəfindən bıçaqlanan 1971-ci il təvəllüdlü Rahil Muradov tibbi müdaxilələrə baxmayaraq, xəstəxanda ölüb.

 

***

Noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində rayon sakinləri - 1939-cu il təvəllüdlü Elbrus Muradovun bıçaq xəsarətlərindən ölməsi, həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradovanın və oğlu 1971-cil il təvəllüdlü Rahil Muradovun, nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

 

Məlumata görə, xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.

 

Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər