Xaçmaz rayonunda itkin düşən məktəbli qardaşlar tapılıb.
Modern.az istinadən xəbər verir ki, onlar rayon ərazisində aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupu məlumatı təsdiqləyib.
***
14:15
Xaçmazda itkin düşən iki qardaşın tapılması ilə bağlı yayılan məlumatlar əsassızdır.
Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hazırda onların tapılması istiqamətində axtarışlar davam etdirilir.
***
Xaçmazda itkin düşən məktəbli qardaşlar tapılıb.
Modern.az xəbər verir ki, onların Xaçmaz şəhərində olduqları müəyyən edilib.
***
10:40
Xaçmazda iki məktəbli qardaş itkin düşüb.
Modern.az xəbər verir ki, Xaçmaz şəhər sakinləri, 9 nömrəli məktəbin X sinif şagirdi Nicat Muradov və onun qardaşı VII sinif şagirdi Kənan 3 gün öncə dərsdən çıxıb və evə gəlməyiblər.
Uşaqları görən şəxslərdən xahiş olunur ki, bu barədə polisə və ya (055/070) 234-50-30 mobil nömrələrinə zəng vuraraq məlumat versinlər.