Modern.az

İsmayıllıda 72 yaşlı qadın özünü asdı

İsmayıllıda 72 yaşlı qadın özünü asdı

6 İyun 2023, 13:28

İsmayıllı rayon sakini intihar edib.

 

Modern.az-ın məlumatına görə, hadisə bu gün saat 13:00 radələrində rayonun Bizlan kəndində qeydə alınıb.

 

Kənd sakini, 1951-ci il təvəllüdlü Hümbətova Ərkinaz İsmayıl qızı yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi hələ bilinmir.

 

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

 

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal