Modern.az

İşıq dirəyinə çıxaraq intihar etmək İSTƏDİ

İşıq dirəyinə çıxaraq intihar etmək İSTƏDİ

27 İyul 2023, 09:04

Kürdəmir rayonunda intihara cəhdin qarşısı alınıb.

 

Fövqəladə Hallar Nazirliyindən (FHN) Modern.az-a bildirilib ki, Dəmiryol vağzalında bir nəfər intihar etmək məqsədilə işıq dirəyinə çıxıb.

 

Belə ki, 1965-ci il təvəllüdlü Zahir Zeynalov hündürlüyü 15 metr olan işıq dirəyinə çıxaraq intihara cəhd edib. Bunu görən ətrafdakı vətəndaşlar FHN-in "112" qaynar telefon xəttinə məlumat veriblər.

 

Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin xilasetmə qüvvələri cəlb olunub.

 

Əraziyə cəlb olunmuş yanğınsöndürən-xilasedicilər vətəndaşla psixoloji söhbətlər apararaq onu intihar niyyətindən çəkindirib və xilasetmə kəndirinin köməyi ilə yüksəklikdən endiriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi