Modern.az

BANM-in “Brend tələbə”ləri mükafatlandırıldı - FOTO

BANM-in “Brend tələbə”ləri mükafatlandırıldı - FOTO

Hadisə

5 İyul 2024, 16:12

AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.

 

AzEdu.az və Bakı Ali Neft Məktəbinin (BANM) birgə təşkilatçılığı ilə burada təhsil alan “Brend tələbə”lər təltif ediliblər.

 

Modern.az xəbər verir ki, tədbirdə AzEdu.az Təhsil Portalının icraçı direktoru Tünzalə Abbasova, Biznesin idarə edilməsi kafedrasının dosenti Fərid Cəbiyev, Kimya mühəndisliyi kafedrasının rəhbəri Rima Quliyeva, İnformasiya təhlükəsizliyi kafedrasının rəhbəri Nailə Allahverdiyeva, Neft-qaz mühəndisliyi kafedrasının rəhbəri, Samirə Musayeva və həmin statusa layiq görülmüş tələbələr iştirak ediblər.

 

Mükafatlandırma mərasimi Fərid Cəbiyevin nitqi ilə başlayıb. O, “Brend tələbə” adına layiq görülən gəncləri təbrik edib. O, ilk dəfə BANM-in də layihəyə daxil edildiyi üçün təşəkkürlərini bildirib.

 

Daha sonra Tünzalə Abbasova layihənin tələbələr arasında rəqabət mühiti formalaşdırmasından bəhs edib və onları təbrik edərək təhsil həyatlarında uğurlar arzulayıb.

 

Daha sonra tələbələr özləri barədə qısaca məlumat veriblər.

 

Sonda isə “Brend tələbə”lərə təltifnamələri təqdim olunub və xatirə şəkli çəkilib.

 

Bakı Ali Neft Məktəbinin "Brend tələbə" statusuna layiq görülmüş gənclər aşağıdakılardır:

 

Hacıyev Çingiz Elxan - Kimya mühəndisliyi, IV kurs tələbəsi;

 

Əliyev Murad Elçin - Biznesin idarə edilməsi, III kurs tələbəsi;

 

Əsgərov Əvəz Ziyad- Proseslərin avtomatlaşdırılması mühəndisliyi, II kurs tələbəsi;

 

Tolstoşeyev Roman Almazoviç- İnformasiya təhlükəsizliyi, IV kurs tələbəsi;

 

Abızadə Hüseyn Həsən - Neft-qaz mühəndisliyi, V kurs tələbəsi;

 

Rəhimli Günel Gürzali - Kimya mühəndisliyi, V kurs tələbəsi;

 

Qasımova Röya Anar  - Biznesin idarə edilməsi, III kurs tələbəsi;

 

Əliyev Faiq Mehman- Kimya Mühəndisliyi, V kurs tələbəsi;

 

Məmmədova Fatimə Nizami - Kimya Mühəndisliyi, V kurs tələbəsi;

 

Aysu Zamanova Abuzər - Kimya Mühəndisliyi, V kurs tələbəsi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Pezeşkian Güney azərbaycanlılarla görüşdü-Möhtəşəm görüntülər