Modern.az

Əfsanəvi futbolçu Pele VƏFAT ETDİ 

Əfsanəvi futbolçu Pele VƏFAT ETDİ 

İdman

29 Dekabr 2022, 23:03

Əfsanəvi futbolçu, Braziliya millisinin sabiq üzvü, üçqat dünya çempionu Pele vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə “Assosiated Press” məlumat yayıb.

 

Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən 82 yaşlı Pelenin həyatını xilas etmək mümkün olmayıb. O, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

 

Xatırladaq ki, 1940-cı il təvəllüdlü Pele futbol üzrə yeganə üçqat dünya çempionudur. O, Braziliya yığmasının heyətində 92 görüş keçirib, 77 qol vurub. Pele XX əsrin ən yaxşı futbolçusu elan edilib, eyni zamanda karyerası ərzində 1279 qolla Ginnesin rekordlar kitabına düşüb.

 

Onu da bildirək ki, əfsanəvi futbolçu Braziliyanın "Santos", Amerikanın "Nyu-York Kosmos" komandalarının heyətində çıxış edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər