Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatıb.
Modern.az xəbər verir ki, 60 dəqiqə davam edən yarışda "Red Bull" komandasının pilotu Maks Ferstappen bütün rəqiblərini geridə qoyub.
2 və 3-cü yerləri müvafiq olaraq "Ferrari"dən Şarl Lekle və "Redbull"da mübarizə aparan Serxio Perez tutub.
***
13:30
Formula 1 Azərbaycan Qran-Prisinin sərbəst yürüşünə start verilib.
Modern.az xəbər verir ki, yürüşə hər biri iki pilotdan ibarət 10 komanda qatılıb.
“Mercedes” komandasının heyətində Luis Hamilton və Corc Rassel, “Ferrari” komandasında Karlos Sayns və Şarls Lekler, “Williams”ın heyətində Aleksander Albon və Loqan Sarjent yarışırlar. “Red Bull Racing” komandasında Serxio Peres, Maks Ferstappen, “Alpha Tauri”də Nik de Vris və Yuki Tsunoda, “Alpine”da isə Pyer Qasli ilə Esteban Okon mübarizə aparırlar. Bundan başqa, “Alfa Romeo”nun heyətində Valtteri Bottas və Cou Quanju, “McLaren”də Oskar Piastri və Lando Norris yürüşdə iştirak edirlər. Pilotlar Niko Hulkenberq və Kevin Maqnussen “Haas”, Fernando Alonso və Lans Stroll "Aston Martin" komandasının idman şərəfini qoruyurlar.
Yürüş iştirakçıları bir saat ərzində 6 kilometrlik Bakı şəhər halqasında yarışırlar.
Qeyd edək ki, bu gün, həmçinin pilotların düzülüşünü müəyyən edəcək yarış keçiriləcək.