Modern.az

"Bavariya"da 500 oyun keçirən İLK FUTBOLÇU

İdman

4 Fevral 2024, 13:42

Tomas Müller "Bavariya"nın tarixinə düşüb.

 

Modern.az xəbər verir ki, almaniyalı hücumçu Bundesliqanın 20-ci turunda "Borussiya"nı (Münhenqladbax) məğlub etdikləri oyunda (3:1) buna nail olub. 

 

34 yaşlı futbolçu "Bavariya"nın Bundesliqaya yüksəldikdən sonra bu klubun heyətində bütün yarışlarda 500 oyun keçirən ilk futbolçu olub. Münhen təmsilçisi 1965-ci ildən əsas liqada çıxış edir.

 

Qeyd edək ki, "Bavariya"nın yetirməsi olan Müller 2008-ci ildə əsas komandada çıxış edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi