Modern.az

AFFA rəsmisi Danimarka klubunun oyununa təyinat aldı

AFFA rəsmisi Danimarka klubunun oyununa təyinat aldı

25 Noyabr 2024, 17:28

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən növbəti təyinat alıb.

Modern.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının IV turunda keçiriləcək “Dinamo” (Minsk, Belarus) – “Kopenhagen” (Danimarka) matçında cari mövsümdə yeni tətbiq olunan UEFA Matç Direktorunun (UEFA Venue Director) mentoru kimi fəaliyyət göstərəcək.

Qarşılaşma noyabrın 28-də Sumqayıtda yerləşən Mehdi Hüseynzadə adına stadionda baş tutacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!