Modern.az

Hidayət Heydərov "Neftçi"nin BAZASINDA

Hidayət Heydərov "Neftçi"nin BAZASINDA

29 Noyabr 2024, 16:44

Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanan cüdoçu Hidayət Heydərov "Neftçi" futbol klubunun üzvləri ilə görüşüb.

Modern.az xəbər verir ki, klubun bazasında baş tutan görüşdə Olimpiya çempionu və futbolçular arasında bir sıra maraqlı dialoqlar yaşanıb.

H.Heydərov uşaqlıq illərindən "Neftçi"nin azarkeşi olduğunu bildirib. Sonda klubun baş məşçqisi Samir Abasov tərəfindən qonağa "Neftçi"nin 73 nömrəli forması təqdim olunub.

Qeyd edək ki, Hidayət Heydərov Paris-2024-də 73 kq çəki dərəcəsində qalib olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü