Modern.az

"Qarabağ" - "Şelburn" oyununun hakimləri açıqlandı

"Qarabağ" - "Şelburn" oyununun hakimləri açıqlandı

İdman

21 İyul 2025, 15:52

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununun hakimləri müəyyənləşib.

Modern.az xəbər verir ki, İrlandiyanın “Şelburn” klubu ilə keçiriləcək ev görüşünə İtaliyadan olan ədalət təmsilçiləri təyinat alıb.

İyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanı Andrea Kolombo idarə edəcək. Stefano Alassio və Dario Cekkoni oyunun baş hakiminin köməkçiləri olacaqlar. Kevin Bonakina dördüncü hakim funksiyasını yerinə yetirəcək.

VAR-da Daniele Doveri, AVAR-da Daniele Paterna olacaq.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü