Modern.az

"Qarabağ" darmadağınla pley-offda - YENİLƏNİR

"Qarabağ" darmadağınla pley-offda - YENİLƏNİR

İdman

12 Avqust 2025, 21:51

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Şkendiya”ya (Şimali Makedoniya) qalib gələn “Qarabağ” növbəti pley-off-a adlayıb.

 

Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə bitib.

 

Görüşdə hesabı qonaqlar açıblar. 10-cu dəqiqədə Fabris Tamba adını tabloya yazdırıb. 5 dəqiqə sonra rəqibin heyətində Klisman Sake avtoqol müəllifi olmaqla hesaba tarazlıq gətirib. Daha sonra müvafiq olaraq fərqlənən Kadi Borges (18), Nəriman Axundzadə (33), Marko Yankoviç (35), Leandro Andrade (59) “Qarabağ”ın 5:1 hesablı qələbəsində pay sahibi olublar.

 

Qeyd edək ki, Skopyedəki ilk oyunda Azərbaycan çempionu 1 cavabsız qolla qalib gəlmişdi.

 

Beləliklə, iki görüşün nəticəsinə əsasən “Şkendiya”nı mübarizədən kənarlaşdıran “Qarabağ” adını pley-off mərhələsinə yazdırıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Liqa mərhələsinə gedən yolda “Ludoqorets” (Bolqarıstan) - “Ferentsvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq.

 

Bununla da "Qarabağ" ən azı Avropa Liqasının Liqa mərhələsində iştirakını təmin edib.

 

***

21:15

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) oyununda altıncı qol vurulub.

 

Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən matçda Ağdam təmsilçisi fərqi artırıb - 5:1

 

***

20:49

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda "Qarabağ" və “Şkendiya” komandaları arasında keçirilən cavab oyununda ilk hissə başa çatıb.

 

Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün fasiləsinə Ağdam təmsilçisi 4:1 hesablı üstünlüklə yollanıb.

 

Matçı niderlandlı FIFA referisi Denni Makkeli idarə edir.

 

Komandalar arasında ilk matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

***

 

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda "Qarabağ" və “Şkendiya” komandaları arasında keçirilən cavab oyunu başlayıb.

 

Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüş saat 20:00-da start götürüb.

 

Matçı niderlandlı FIFA referisi Denni Makkeli idarə edir.

 

Komandalar arasında ilk matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza