Modern.az

“Qarabağ”a yeni qələbələr diləyirəm - Rövşən Nəcəf

“Qarabağ”a yeni qələbələr diləyirəm - Rövşən Nəcəf

İdman

12 Avqust 2025, 22:32

AFFA prezidenti Rövşən Nəcəf “Qarabağ” komandasını UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlməsi münasibəti ilə təbrik edib.

 

Modern.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.

 

“UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Şimali Makedoniyanın “Şkendiya" klubuna qalib gələrək turnirin pley-off mərhələsinə yüksələn “Qarabağ" komandasını ürəkdən təbrik edir, qarşıdakı oyunlarda yeni qələbələr diləyirəm”, - milli assosiasiyanın rəhbəri bildirib.

 

Qeyd edək ki, “Qarabağ” “Şkendiya”nı 5:1 hesabı ilə məğlub edib. Azərbaycanda çempionu səfərdə rəqibini bir cavabsız qolla üstələmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza