Modern.az

Mərkəzi Bankda yeni TƏYİNAT

Mərkəzi Bankda yeni TƏYİNAT

İqtisadiyyat

20 May 2024, 14:14

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub.

 

Modern.az xəbər verir ki, Məhəmməd Məhərrəmli Mərkəzi Bankın Risklərin İdarə Edilməsi Departamentinin direktoru təyin olunub.

 

Qeyd edək ki, Məhəmməd Məhərrəmli 2008-2012-ci illərdə bakalavr təhsilini maliyyə ixtisası üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin Xüsusi İstedadlar Qrupunda alıb. Həmçinin 2012-ci ildə Çexiyanın Çarlz Universitetində "Mühasibatlıq və qiymətləndirmə" kursunu bitirib.

 

2013-2014-cü illərdə Dövlət Proqramı çərçivəsində "Queen Mary" London Universitetində Maliyyə ixtisası üzrə magistr dərəcəsini fərqlənmə ilə bitirib.

 

2016-2017-ci illərdə ABŞ-də yerləşən Qlobal Risk Peşəkarları Assosiasiyasının (GARP) "Maliyyə risklərinin idarə edilməsi" proqramını bitirib və beynəlxalq FRM sertifikatını alaraq bu assosiasiyaya üzvlük haqqı əldə edib.

 

2012-2013-cü illərdə "Hyatt Hotels Corporation"da auditor, 2014-2018-ci illərdə Azərbaycan Beynəlxalq Bankının Risklərin idarə edilməsi departamentində baş mütəxəssis, 2018-2022-ci illərdə "PAŞA Bank" ASC-nin Bazar Risklərinin İdarə Edilməsi şöbəsinin rəhbəri, 2022-2023-cü illərdə "AccessBank"da Risklərin idarə edilməsi departamentinin direktoru vəzifələrində çalışmışdır.

 

Məhəmməd Məhərrəmli 2023-cü ildən Mərkəzi Bankda çalışır. (banker.az)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi