Modern.az

Prezidentin Ehtiyat Fondu - Büdcə dəyişmədi...

Prezidentin Ehtiyat Fondu - Büdcə dəyişmədi...

İqtisadiyyat

27 Dekabr 2024, 10:24

2025-ci il dövlət büdcəsində Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu üçün 300 milyon manat vəsait nəzərdə tutulub.

Modern.az-ın məlumatına görə, bu, dekabrın 27-də dövlət başçısnın fərmanı ilə təsdiqlənmiş "2025-ci il dövlət büdcəsi haqqında" qanunda əksini tapıb.

Xatırladaq ki, 2024-cü ilin dövlət büdcəsindən də Prezidentinin Ehtiyat Fondu üçün 300 milyon manat vəsait ayrılmışdı.

Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaiti ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən tədbirlərə yönəldilir. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi